Logo

Qazaxıstanda məktəblilərin qış tətili yanvarın 17-dək uzadılıb

06.01.2022 13:23 879 baxış
IMG

Qazaxıstanın Elm və Təhsil Nazirliyi ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar olaraq məktəblilərin qış tətilini yanvarın 17-dək uzatmağı qərara alıb.

AZƏRTAC Qazaxıstan KİV-inə istinadla xəbər verir ki, kollec və universitet tələbələri üçün ikinci semestr yanvarın 24-dən başlayacaq. Uşaq bağçaları və məktəbəqədər müəssisələr normal rejimdə işləməyə davam edir.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, kütləvi iğtişaşlar nəticəsində 1000 nəfərdən çox insan zərər çəkib, onlardan 400-ə yaxını xəstəxanaya yerləşdirilib.

Ölkə Prezidenti Qasım-Jomart Tokayev iğtişaşların səbəblərini müəyyənləşdirmək və bütün təqsirkarları məsuliyyətə cəlb etmək üçün istintaq qrupu yaratmağa tapşırıb.

Xəbər lenti