Logo

Azİİ e-Kitab Evinin oxucularına “Polpred com” məlumat bazasına 2022 -ci il üçün abunəlik təmin olunub

06.01.2022 16:06 552 baxış
IMG

2019-cu ildən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Rusiya Federasiyasının “Polpred com”məlumat  axtarış bazasının “Нефть, газ, уголь в РФ и за рубежом” sahəsi üzrə abunəliyi həyata keçirir.

“Polpred com” məlumat axtarış bazasına 2022-ci il üçün də abunəlik təmin olunub və hal-hazırda bazanın elektron resurslarına giriş imkanları mövcuddur. Məlumat axtarış bazasından və onun resurslarından Azİİ e-Kitab Evinin qeydiyyatdan keçən 6300-dən yuxarı oxucu-istifadəçisi və ADNSU-nun professor- müəllim heyəti istifadə etmək hüququna malikdirlər. Resurslardan istifadə etmək istəyənlər ilk növbədə Azİİ e-Kitab Evinin elektron qeydiyyatından keçməlidir.Giriş imkanları həm universitet daxilində, həm də evdən mümkün olacaqdır.

Evdən giriş etmək istəyənlər Azİİ e-Kitab Evinin səhifəsində paylaşılmış linklə (Polpred.com) həmin bazaya daxil olaraq “Evdən giriş”düyməsinə müraciət etməklə istifadəçi adı və şifrə  alaraq  bazada olan resurslardan yararlana biləcəklər.     

Qeyd edək ki, “Polpred com” axtarış bazası Rusiya Federasiyasının ən geniş məlumat axtarış bazasıdır.   Adıçəkilən verilənlər bazasında Rusiya Federasiyasında və xaricdə neftin, qazın  çıxarılması, nəqli və saxlanması, kəşfiyyatı və emalı, eləcə də kömürün, morfun çıxarılmasına aid məqalələr və digər materiallar  verilmişdir.

Ümümilikdə “Polpred com”  axtarış bazasına  Rusiyanın 8 federativ dairəsi üzrə 235 ölkə və əraziləri əhatə edən və 110 sahədən 600 mənbə, eyni zamanda son 25  ili  əhatə edən digər informasiyalar verilmişdir.

Azİİ e-Kitab Evinin  [email protected]  elektron ünvanına müraciət edən hər bir oxucu onları  maraqlandıran suallara cavab ala bilərlər.

Xəbər lenti