Logo

İlahiyyat İnstitutunda payız semestrinin imtahan sessiyası uğurla davam edir

06.01.2022 17:58 517 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

İnstitutdan "Tehsil.biz"ə verilən məlumata görə, yanvarın 27-dək davam edəcək imtahanlarda ümumilikdə 277 tələbə iştirak edəcək.

Onlardan Aİİ-nin İlahiyyat fakültəsinin dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil alan 142 nəfər I və II kurs tələbəsi imtahanlarda iştirak edib.

Tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.

Xəbər lenti