Logo

ADAU-da imtahan sessiyası davam edir

07.01.2022 11:11 1085 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) payız semestrinin imtahan sessiyası davam edir.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, tələbələrin diqqətinə çatdırılıb ki, imtahanlara üzrlü səbəbdən gəlməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2022-ci il fevralın 2-dən 8-dək bir dəfə şərait yaradılacaq. Tələbələr imtahanda iştirak etmədiklərinin səbəblərini əks etdirən sənədləri (həkimdən arayış, idman və bilik yarışlarında iştirakı təsdiq edən sənəd və s.) dekanlığa təqdim etməlidirlər.

Həmçinin, 2021/2022-сi tədris ilinin payız semestrinin imtahan sessiyasında qeyri-kafi qiymət almış tələbələr üçün həmin fənn üzrə 25% ödəməklə təkrar imtahana 2022-ci il fevralın 6-dan 10-dək bir dəfə şərait yaradılacaq (tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün). Əvvəlki imtahan sessiyalarından qeyri-kafi qiymət almış tələbələr isə bu imkandan 2022-ci ilin yanvarın 5-dən fevralın 1-dək istifadə edə bilərlər.

Xəbər lenti