Logo

Çində təhsil üçün son 2 gün

07.01.2022 11:31 945 baxış
IMG

Yanvarın 9-da Çin Xalq Respublikasının 2022-2023-cü tədris ili üçün elan etdiyi təqaüd proqramına müraciətlərin qəbulu yekunlaşacaq. 

"Tehsil.biz"in məlumatına görə, tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. 

Xəbər lenti