Bakıda müəllimlərdən birinin şagirdləri döyməsini əks etdirən görüntülər yayılıb.
Tehsil.biz xəbər verir ki, həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi və şagirdlərə fiziki zorakılıq edən şəxsin direktor Zinyət Əhmədova olduğu bildirilir.
Şagirdlərin döyülməsi ilə bağlı hadisədə adı hallanan Əhmədova Zinyət Ziyad qızı 1960-cı ildə Qərbi Azərbaycanın Masis rayonunun Zəhmət kəndində ziyalı ailəsində anadan olub. 1968-ci ildə həmin kəndin orta məktəbində təhsilə başlayıb.
1970-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı 30 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 1978-ci ildə həmin məktəbi bitirib. 1979-cu ildə N.Tusi adına Azərbaycan Pedoqoji Universitetinin coğrayiya, əlavə biologiya fakültəsinə daxil olub.
1984-cü ildə həmin universiteti bitirərək coğrafiya və biologiya müəllimi ixtisasına yiyələnib. İlk pedoqoji fəaliyyətinə 1989-cu ildə Binəqədi rayonu 144 nömrəli tam orta məktəbdə başlayıb. 1 il həmin məktəbdə əvəzçi coğrafiya müəllimi işləyib.
1990-cı ildə Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə coğrafiya dərnəyinin rəhbəri kimi fəaliyətini davam etdirib.1992-ci ildən 2007-ci yanvarın 17-dək həmin məktəbdə biologiya müəllimi işləyib. Öz elmi-pedoqoji səviyyəsini yüksəltmək üçün 1999-cu ildə ”Biologiyanın tədrisində ümumiləşdirici dərslərin imkan və yolları” mövzusunda disertasiya işini tədqiq etməyə başlayıb.
Fəal elmi tədqiqat işi apararaq 2005-ci ildə bu disertasiya işini müdafiə edib, Pedoqoji Elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. Çoxlu sayda məqalələrin, proqramların, orta məktəb dərsliklərinin, metodik tövsiyyə və monoqrafiyaların müəllifidir.
Ailəlidir, 3 övladı var.