Logo

Təhsil Nazirliyindən Astaranın Diqo kəndinin şagirdlərinin problemi ilə bağlı AÇIQLAMA

07.01.2022 16:42 1193 baxış
IMG

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov adıçəkilən kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil problemi ilə məsələyə münasibət bildirib.

O qeyd edib ki, Astara rayon Təhsil Şöbəsi məsələ ilə bağlı araşdırma aparır: "Həmin şagird ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbinin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

Xəbər lenti