Logo

Tələbə can hayında, "qəssab" pul axtarır: Ali təhsilimizdə ödəniş problemi

08.01.2022 14:48 1226 baxış
IMG

Son günlər istər sosial şəbəkələrdə, istər tələbələr tərəfindən bildirilən şikayətlərdə bir çox ali təhsil müəssisələrinin təhsihaqqını ödəməkdə çətinlik çəkən tələbələrə qarşı atdıqları addımlardan bixəbər olmaq mümkünsüzdür. Təbii ki, bir tərəfdə öz ödənişini tələb edən müəssisə, digər tərəfdə maddi imkanları zəif olduğu üçün tələb olunan ödənişi ödəyə bilməyən tələbə olduqda ortaq qərar vermək asan deyil. Ancaq söhbət təhsil müəssisəsindən gedirsə, burada onun tələbkarlığının öyrətdiyi elmin geri alınması ola bilər ki, bu da bəzi təhsil müəssisələrinə xas olmayan xarakter kimi görünür. Yəni elm ocağını bazara çevirməkdə maraqlı olanlar var, yoxsa pulunu ver malını al timsalında pulunu ödə təhsilini al prinsipi nəyə lazım? 

Üz tutduq təhsil ekspertlərinə, elm adamlarına ki, məsələnin qanuni və insani tərəflərini öyrənək...

Mövzunun qanuni tərəflərini “Tehsil.biz”ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hər kəs şəxsi toxunulmazlıq hüququna malikdir və bu hüquqlara müdaxilə yolverilməzdir: “Hüquqi dövlətlərdə fərdin hüququ, şəxsi toxunulmazlığı əhəmiyyət kəsb edir. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Beləliklə, hansısa tələbənin müəyyən səbəblərə görə alçaldılmasına, cəmiyyət içində linç edilməsinə çalışan, burada biləvasitə rol oynayan və bu kimi hallara göz yuman şəxslər qeyd edilən qanunları xatırlasınlar”.

Şəxsi toxunulmazlıq hüququ dedikdə şəxsin hansı hüquqları başa düşülə bilər?

Kamran Əsədov sualımıza cavab olaraq bildirib ki, şəxsi toxunulmazlıq hüququ dedikdə şəxsi və ailə həyatına hörmət hüququ, şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ, şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar nəzərdə tutulur: “Hər bir halda istər təhsil müəssisəsi, istər digər sahələr olsun, göstərilən xidmətin qarşılığı qanuni şərtlər çərçivəsində ödənilməlidir. Həmçinin universitetlərdə də belədir. Tələbə ali təhsil müəssisəsinə qəbul olduğu zaman universitetlə müqaviləyə qol çəkir. Yəni müqavilə ilə müəyyən edilmiş tarixlərdə və müvafiq şərtlərlə ödəniş edilməlidir. Lakin həmin müqavilədə təhsilalan müəyyən edilmiş şərtlərlə ödəniş etməkdə çətinlik çəkərsə, təhsil müəssisəsi müqaviləyə arxalanaraq istədiyi kimi ödəniş tələb edə, tələbənin şəxsiyyətini alçalda bilər deyə bənd yoxdur”.

Məsələ ilə bağlı öz fikirlərini “Tehsil.biz”lə bölüşən təhsil eksperti Nadir İsrafilov təhsil müəssisələrinin idarəetmədə rolunun məhdud olduğunu bildirib: “Dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməyib. Təhsil haqqında Qanunda da qeyd edildiyi kimi, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir”. 

Nadir İsrafilov qeyd edib ki, dünya ölkələrində dövlət tərəfindən özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayrılır: “Yüksək reytinqli universitetlərdə təhsilin keyfiyyətinin yüksəlməsində əsas amil ali məktəblərin kampus şəraitində fəaliyyət göstərməsidir. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana, tıxac, digər sosial problemlərlə qarşılaşmır. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məişət məsələlərinə yönəlir. Paytaxtda 2-3 ali məktəb yan-yana şəhərin mərkəzində yerləşir. Əgər istəyiriksə, keyfiyyətli təhsildən danışaq, tələbələr üçün əlverişli şərait yaradaq, o zaman bu məsələlər gec-tez öz həllini tapmalıdır. Bu stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər”.

Təhsil eksperti Elçin Əfəndi “Tehsil.biz”ə bildirib ki, I kurs tələbələri illik təhsilhaqqını tam, sonrakı kurslarda isə hissə-hissə ödəyə bilərlər: “Tələbələrin qəbulu zamanı onlarla bağlanan müqavilədə də bunlar qeyd olunur. Amma nəzərə alsaq ki, pandemiya dövründə güzəşt etmək olar, bu zaman ali və orta ixtisas təhsil müəssisələri güzəştə getməlidir. Hətta təkcə pandemiya dövrü deyil, hər zaman bu qayda tətbiq olunmalıdır. Ona görə ki, tələbə təhsilhaqqının müəyyən hissəsini ödədiyi halda onun imtahana buraxılmaması kimi bir qaydanın universitetlər tərəfindən tətbiqi yanlışdır. Çünki bu tələbəyə əlavə maliyyə itkisi ilə başa gəlir. Kəsrlərə görə kredit yaranır və tələbə həmin kreditləri ödəmək üçün ödəniş etməli, yenidən dərslərdə iştirak edərək imtahan verməlidir. Bu, həm də tələbə üçün zaman itkisidir. Əslində isə tələbənin kəsri bu hala görə deyil, tədris olunan fənnə gərə yarana bilər. Yəni o, həmin fənni mənimsəyə bilmir, nəticədə imtahandan keçmir ki, bu da kəsr hesab olunur”.

Elçin Əfəndinin sözlərinə görə, universitetlər bu qaydanı tətbiq edərkən tələbədən əlavə maddi qazanc əldə edirlər: “Qanunvericiliyə əsasən, tələbə bir tədris ili ərzində tam təhsilhaqqını ödəməlidir. Ona tədris ili başa çatanadək imkan yaradılmalıdır ki, təhsilhaqqını ödəsin. İmtahana buraxmamaq isə bir növ tələbənin təhdid olunmasıdır. Dövlət Başçısı hər dəfə təhsilin əlçatanlığının təmin olunmasına çağırır. Amma bəzi universitetlər bu çağırışa sanki məhəl qoymur”.

Ekspert bu cür problemlərdə tələbə təhsil kreditinin funksiyasını da izah edib.

Elçin Əfəndi qeyd edib ki, ölkədə 146 mindən çox tələbə (magirstr, bakalavr) ödənişli təhsil alır: "Onlardan 22 mininin ödənişi dövlət büdcəsi hesabına ödənilir (imtiyazlı şəxslər), qalanları isə əlbəttə, öz hesablarına ödənilir. Dövlət bunu nəzərə alaraq tələbə təhsil krediti yaratdı. Universitetlər də bu amili nəzərə almalı, güzəşt etməlidir. Əlbəttə, güzəşt etmədiyi halda tələbəni itirəcək. Hər il yüzlərlə tələbə bu faktlara görə universitetləri, kollecləri tərk edir. Bu isə müvafiq təhsil müəssisələrinə başucalığı gətirmir”.

Dosent İlham Əhmədov “Tehsil.biz”ə açıqlamasında bildirib ki, Tűrkiyədə olduğu kimi Azərbaycanda da ali təhsil pulsuz olmalıdır: “Biz hələ neft strategiyasına başlayanda məqsəd qoymuşduq ki, neft kapitalını insan kapitalına çevirək. Amma investisiyalara baxanda gőrdűk ki, 50 faiz  investisiya infrastrukturlara gedir. Lakin ən bőyűk investisiya insan kapitalına qoyulmalıdır. O halda neft kapitalını insan kapitalına çevirə bilərik. Bizdə uzun műddət ali məktəblərin 70 faizi ődənişli təhsil olub və bu illər ərzində 30-40 min nəfər tələbə təhsilhaqqını ődəyə bilmədiyinə gőrə ali məktəbdən xaric olunub. Buna gőrə də dővlət bűtűn resurslarına bir daha baxmalıdır ki, investisiyan tikintilərə, yola-izə yox, məhz insanlara, təhsilə qoyulmalı və ali təhsil də pulsuz olmalıdır”. 

Dosent açıqlaması zamanı tələbə təhsil kreditindən də danışıb: “Təhsil haqqını ődəyə bilməyənlərə hansısa şərtlərlə təhsil krediti verilməlidir, amma aşağı faizlə. Bizdə təhsil kreditinin faizi elə faizdir ki, gənc műtəxəssis őmrűnűn qalan yarısını o krediti ődəməyə sərf eləməlidir. Çűnki orta median əməkhaqqı 350 manatdır, əgər hələ iş tapa bilsən. Təhsil műəssisələrinin isə təhsilhaqları vətəndaşın imkanına gőrə yűksək olsa da, beynəlxalq səviyyədə maliyyələşmə ilə műqayisədə təhsilhaqqı çox ucuzdur. Biz əgər őz universitetlərimizi beynəlxalq reytinqlərdə daha yaxşı vəziyyətdə gőrmək istəyiriksə, təhsilə investisiya qoyulmalıdır. 

İlham Əhmədovun sözlərinə görə, gőrűnür ki, dővlət belə investisiyalar qoymaq istəmir və təhsilhaqqı az olanda universitetlər elementar ehtiyaclarını ődəyə bilməzlər: “Universitetlərdə bir-iki tələbəyə gűzəşt etmək olar. Amma hər bir tələbəyə güzəşt etmək üçün universitetlərin imkanı olunmayacaq, çűnki oxuyanların 50 faizi őz hesabına, őzűnű maliyyələşdirmə prinsipi ilə oxuyur. Bütün tələbələrə güzəşt edilməsi universitetlərin műflis olmasına səbəb ola bilər. Ona gőrə də bunun yolu dővlət tərəfindən ali təhsilin pulsuz elan olunması və investisiyanın daha çox universitetlərə yőnəlməsindən ibarətdir”.

Fəqan Əzimli

Xəbər lenti