Logo

Fənn olimpiadaları üçün qeydiyyatdan keçən şagirdlərin nəzərinə

08.01.2022 15:10 591 baxış
IMG

10 yanvar tarixindən Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə biləcəklər.

Tehsil.biz xəbər verir ki, proses 15 yanvar saat 18:00-dək davam edəcək. 

IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Həmin şagirdlərin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçirildiyindən, onlar buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə biləcəklər. 

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək. 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

Respublika fənn olimpiadaları "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Xəbər lenti