Bakıda ötən həftə yanğın baş vermiş 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbin işıq, su və istiliklə təminatı normaldır.
Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.