Logo

ADMİU-da borclu tələbələrin siyahısını yayan əməkdaşlar cəzalandırılıb

10.01.2022 10:03 1040 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU)  təhsilhaqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər cəzalandırılıb. 

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib. 

“Universitetdə tələbələrin adlarının siyahısı asılmamışdı. Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə “Whatsapp” qrupuna göndərilib.Siyahının yayılmasından xəbər tutan kimi məsələ operativ şəkildə araşdırıldı və sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırıldı”, - deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsilhaqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması ilə bağlı məlumat yayılmışdı.

Fəqan Əzimli

Xəbər lenti