Logo

İtaliyanın məşhur şirkətində çalışan BANM məzunu: “Bu Ali Məktəb bizə uğurlu bir yol açdı”

10.01.2022 10:40 674 baxış
IMG

Səbinə Ümidli Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2019-cu il məzunudur. Hazırda İtaliyanın məşhur “Maire Tecnimont” şirkətində mühəndis vəzifəsində və SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsində çalışır.

BANM-i yaranmasının 10 illiyi münasibətilə təbrik edən uğurlu məzun bu ali təhsil ocağında özünə bir ailə qazandığını deyir: “Başda dəyərli rektorumuz Elmar müəllim və BANM-in professor-müəllim, işçi kollektivi olmaqla, bütün tələbə və məzunlarımızı yubileyimiz münasibətilə təbrik edirəm. BANM-in yaşının yarısını və illər boyu inkişafını öz gözlərimlə görmüş, yaşamış bir tələbə olaraq özümü çox xoşbəxt hiss edirəm. BANM mənə əvəzolunmaz bilik, gözəl dostluqlar və unudulmaz xatirələr qazandırdı”. 

Səbinə Ümidli BANM-də təhsil almağı uğurlarının başlanğıcı hesab edir. O, iş həyatındakı peşəkarlığın təməlinin bu ali təhsil ocağında qoyulduğunu deyir: “Uğurlu məzun və işçi olmağın sirri yalnız kitablardan oxuduqlarımızla kifayətlənməyib daimi axtarışda olmaq, həm dünyagörüşümüzü, həm də gələcəkdə çox lazım olacaq sosial bacarıqlarımızı artırmaqdır. BANM bizə kitablardan, müəllimlərimizdən öyrəndiyimiz, həmçinin yay istehsalat təcrübələrində əməli şəkildə görüb icra etdiyimiz biliklərimizi iş həyatında da tətbiq etməklə uğurlu bir yolda yeriməyimizə zəmin yaratdı”.

Xəbər lenti