"Ali təhsil müəssisələrinin idarəetmə sistemində hələ də inzibati nəzarət sistemi akademik özünüidarəetmə sistemi ilə müqayisədə üstünlük təşkil edir".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.
Onun sözlərinə görə, dövlət universitetləri hələ də tabeli təşkilatlar kimi qəbul edilərək əsasən inzibati yolla idarə olunur: "İl ərzində universitetlər tərəfindən icrası məcburi olan çoxlu sayda əmrlər, sərəncamlar və tövsiyələr qəbul olunur. Univesitetlərin müasir idarəetməsi sistemində onların birbaşa tənzimlənməsindən imtina edilir və haqlı olaraq bu kimi tənzimləmələr zərərli və təhlükəli hesab edilərək ümumiyyətlə qəbul edilmir".
Fəqan Əzimli