Logo

Şagird yerdəyişməsi bu tarixdən dayandırılır

10.01.2022 11:20 502 baxış
IMG

12 yanvar saat 18:00 tarixindən etibarən  şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, buna səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək. 

Xəbər lenti