Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə maraqlı tərəflərin sorğuları ardıcıl olaraq həyata keçirilir.
Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin əsasnaməsinə və təsdiq olunmuş müvafiq planına əsasən növbəti sorğu ADAU-nun professor-müəllim heyəti arasında 10.01.2021-ci il tarixindən keçirilir.
PMH soğrusu ADAU-nun keyfiyyət siyasətinə və "2021-2025-ci illər üzrə İnkişaf Strategiyası"na uyğun olaraq təhsilin keyfiyyətinə əsas maraqlı tərəflərdən biri kimi professor-müəllim heyətinin fikirlərinin öyrənilməsi və təhsilverənlərin tədris prosesində iştirakının daha da fəallaşdırılması məqsədi ilə Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsi tərəfindən təşkil edilmişdir. Sorğu anonimdir və yalnız ADAU-nun daxili keyfiyyət təminatının monitorinqi məqsədləri üçün istifadə olunacaqdır.
Sorğu linki aşağıda qeyd olunmuşdur: