Türkiyənin Qaziantep şəhərində müəllim sinifdə lisey şagirdini yumruq və təpiklə vurub.
Orta məktəb şagirdinin müəllimi tərəfindən döyüldüyü anlar telefonun kamerasına çəkilib.
Qaziantep valiliyi görüntü ilə əlaqədar araşdırmalara başlayıb.
“Bostancık Anadolu Liseyindəki hadisə ilə bağlı araşdırma tərəfimizdən ciddi şəkildə izləniləcək”, -deyə valilikdən bildirilib.
Mənbə: “Haber Global”