Logo

Füzulidə ibtidai sinif müəllimi maşını aşıraraq kanala düşüb - VİDEO

10.01.2022 14:48 702 baxış
IMG

Füzuli rayonunda ibtidai sinif müəllimi Aygün İsmayılova idarə etdiyi maşını aşıraraq kanala düşüb. Bu zaman onun məktəb direktoru olan anası da avtomobildə imiş.

Tehsil.biz xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən baş verən hadisə zamanı “Hyundai” markalı avtomobil yoldan çıxaraq ərazidən keçən Qarabağ kanalına düşüb. Nəticədə sürücü və maşında olan iki ailə üzvü boğulmaq təhlükəsi ilə üzləşib.

Maşını idarə edən şəxsin Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinn ibtidai sinif müəllimi Aygün İsmayılova olduğu bildirilir. Hadisə zamanı maşında onun azyaşlı qızı və anası da olub. A.İsmayılovanın anası Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.

Ərazidə olan kənd sakinlərinin köməyi ilə hər üç şəxs boğulmaqdan son anda xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti