Logo

Gürcü şair Rezo Amaşukeli vəfat edib

10.01.2022 16:24 852 baxış
IMG

Gürcü şairi və ictimai xadimi Rezo Amaşukeli 85 yaşında vəfat edib.

Tehsil.biz APA-ya istinadən bildirir ki, məlumatı şairin yaxınları təsdiqləyib.

Qeyd edək ki, Amaşukeli 1936-cı il iyunun 24-də Kutaisi şəhərində anadan olub. 1960-cı ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Amaşükeli 1957-ci ildə şeir və poemalar çap etməyə başlayıb.

1986-cı ildə Gürcüstan Yazıçılar İttifaqının katibi təyin edilib. Amaşukeli 1996-cı ildə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib, 2003-cü ildə isə Tbilisinin fəxri vətəndaşı seçilib.

Xəbər lenti