Logo

Binaların İnformasiya Modelləşdirilməsi mövzusunda vebinar

10.01.2022 17:41 679 baxış
IMG

“BIM4TURKEY” qurumunun Azərbaycandakı nümayəndəsi “BIM4AZERBAIJAN” Binaların İnformasiya Modelləşdirilməsi (BIM) mövzusunda vebinar təşkil edir.

Tehsil.biz xəbər verir ki, tədbirdə BIM menecer Pinar Kabaoglu “Dizayn yanaşması və modelləşdirmə” barədə ətraflı məlumat verəcək.

Bununla yanaşı, inşaat prosesinin həyat dövrünün ilkin mərhələsi - tərtibat və dizaynda istifadə olunan BIM alətləri vahid perspektivdən nəzərdən keçiriləcək. BIM alətlərindən istifadə metodologiyasının potensialı və faydalarının müxtəlif nümunələr əsasında dizayn, həmçinin tərtibatda ənənəvi proseslər, üsullarla müqayisəsi araşdırılacaq.

Zoom platforması üzərindən baş tutacaq tədbirə qoşulmaq üçün https://lnkd.in/dKXf5JuS linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xəbər lenti