Xalça muzeyi “Nənəmin sandığından fashion show” layihəsini “Naxçıvan gözəli” adlı 3 aylıq tədris proqramı ilə davam etdirir.
Bu barədə Xalça Muzeyindən məlumat verilib.
Bildirilib ki, iştirakçılar Azərbaycan və rus dillərində aparılan dərslərdə bu dəfə Naxçıvan milli geyimləri haqqında nəzəri və praktik biliklərə yiyələnəcəklər.
Dərslər yanvarın 15-dən başlayacaq. Layihəyə qoşulmaq üçün tələsin!
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə: (+99450) 363 43 55, (+99455) 262 81 84