Logo

Bakıda məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb

11.01.2022 11:01 975 baxış
IMG

Bakının Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Tehsil.biz"ə bildirib ki, kəskin qan itirmədən vəziyyəti ağırlaşan C. Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilib, həyatı xilas edilib.

Fakt üzrə Səbail RPİ-də cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

C. Həsənova xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Xəbər lenti