Logo

34 nömrəli uşaq musiqi məktəbinin yeni uğurları

09.12.2020 16:31 701 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiyasiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ kuboku 2020" adlı onlayn Beynəlxalq İncəsənət Yarışmasında iştirak ediblər.

 

"Qarabağ kuboku" yarışmasına bütün bölgələrdən, paytaxt Bakıdan, eləcə də qonşu ölkələrdən - Gürcüstan, Türkiyə, İran və başqa yerlərdən iştirakçılar qatılıb. Bu il yarışmada gücünü sınayanlar xüsusi həvəs və şövqlə çıxış ediblər. Səbəb isə bu gün Milli Ordumuzun ön cəbhədə bizə yaşatdığı Qələbə sevincləri ilə bağlıdır. Yeni nəsil gənclərimiz Qarabağ kuboku uğrunda yarışmada eyni əzmkarlığı nümayiş etdiriblər. 

 

Müsabiqənin yekununa əsasən məktəbin 3-cü sinif şagirdi Aytən Şirinova (müəllim A.Ələkbərova) “Solo” nominasiya üzrə II yerə, 3-cü sinif şagirdi Malik Qədimzadə (müəllim Q.Rüstəmova ) “Solo” nominasiya üzrə II yerə, 5-ci sinif şagirdi Tunar İsmayilzadə (müəllim A.Ələkbərova ) “Solo” nominasiya üzrə III yerə, 2-ci sinif şagirdi Aysun Bağırova (müəllim A.Ələkbərova) “Solo” nominasiya üzrə III yerə , 4-cü sinif şagirdi Aygün Baratzadə (müəllim A. Ələkbərova) “Solo” nominasiya üzrə III yerə, “Kamança” ixtisası üzrə 2-ci sinif şagirdi Həkimə Məmmədzadə (müəllim M. Ələkbərova, konsertmeyster S. Zeynalova) “Solo” nominasiya üzrə II yerə, “Xanəndə” ixtisası üzrə 2-ci sinif şagirdi İbrahim Qasımov (müəllim B. Mehdiyev, konsertmeysterler M. Haciyev, S.Mürşüdov)  “Solo” nominasiya üzrə  III yerə ayiq görülüb və “laureat” adı qazanıblar..

 

Bundan əlavə 3-cü sinif sagirdləri Aytən Şirinova və Malik Qədimzadə “fortepiano” dueti nominasiyasında II yerə layiq görülüblər. 

 

Gənc istedadlarımızı, onların valideynlərini və müəllimlərini qələbə münasibətilə təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.

Xəbər lenti