Logo

LDU prorektoru -Bİz birlikdə güclüyük!

02.10.2020 14:09 694 baxış

İllərdir ki, Azərbaycanın torpaqlarına göz dikən, xalqımızın inkişafına, tərəqqisinə, ölkəmizin güclü dövlət kimi formalaşmasına dözə bilməyən bədnam qonşularımız xarici havadarlarının köməyi ilə işğal etdikləri torpaqlarımızda tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi məhv etməkləri azmış kimi, torpaqlarımızı yenidən işğal etmək istəyi ilə 27 sentyabr tarixində cəbhə boyu hücuma keçmişlər. Güclü ordumuzun layiqli müqavimətinə tuş gələn düşmən müxtəlif məkrli yollarla istəyinə nail olmağa çalışır. Lakin artıq dünya arenasında güclü orduya, müdrik rəhbərə və ölkənin ağır günündə öz rəhbəri ətrafında sıx birləşməyi bacaran vətənpərvər xalqa malik Azərbaycan hər qarış torpağını işğaldan azad etmək üçün ayağa qalxmışdır.

Bu arada Ermənistanın siyasi cəhətdən çox savadsız, səriştəsiz rəhbərinin cılız bəyanatları, eləcə də, yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Azərbaycanda siyasi partiyaların rəhbərləri şəxsi mənafeləri kənara qoyaraq, Ali Baş Komandanımızın müdrik siyasətini qətiyyətlə dəstəklədiyini bəyan etmişlər. Öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər.

Bütün dünya ictimaiyyətinə bəlli olur ki, Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. 50 partiya rəhbərlərinin birgə bəyanatı Azərbaycan xalqının hər zaman öz torpaqları uğrunda mübarizə zamanı birləşmək əzmində olduğunu sübut edir. Təkcə Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük təəssüf doğurur.

Bütün Azərbaycan xalqı , o cümlədən, Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti və tələbə kontingenti Ali Baş Komandanın çağırışı ilə hər qarış torpağımızın azad edilməsi üçün müsəlləh əsgər olmağa hazırdır.Biz birlikdə güclüyük!

Kamran Kazımov

Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru.

Xəbər lenti