Logo

İnklüziv siniflərdə təlim strategiyaları

09.12.2020 16:42 731 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində dekabrın 15-19-da “İnklüziv siniflərdə təlim strategiyaları” mövzusunda təlim keçiriləcək.

 

Universitetdən Tehsil.biz-ə  bildirilib ki, Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən təlimdə insan hüquqlarına əsaslanan inklüziv təhsil, inklüziv sinif təcrübəsinin formalaşması, inklüziv siniflərdə təlim üsulları və s. barədə məlumat veriləcək. “Zoom” proqramı vasitəsilə 36 saatlıq onlayn təlim ödənişli əsaslarla təşkil olunur.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti