"Yataqxana ali məktəbin zəruri struktur elementidir. Bu səbəbdən də bütün ali məktəblərin yataqxanasının olması vacibdir, mütləqdir. Yataqxanasız universitet çolaq insana bənzəyir”.
Tehsil.biz xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, yataqxana şəraitində gəncləri milli ruhda tərbiyə və sosiallaşdırmaq daha asandır: “Milli birliyin, vətənpərvərliyin toxumları da yataqxanada əkilir. Yataqxananın üstünlükləri düşündüyümüzdən daha çoxdur”.