Logo

“TIMSS beynəlxalq qiymətləndirməsi təhsil siyasətinin müəyyənləşdirilməsində alət kimi”

11.01.2022 15:36 919 baxış
IMG

Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə təhsilin səviyyəsini müəyyən etməyə, mövcud problemləri araşdırmağa və nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.

Bu beynəlxalq qiymətləndirmə tədqiqatlarından biri də TIMSS-dir (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə). Məqalədə beynəlxalq qiymətləndirmələrdən milli təhsil sistemində necə istifadə olunduğundan, fərqli yaş qruplarından olan şagirdlərin müxtəlif fənlər üzrə hazırlığını, nailiyyətini və keyfiyyətə təsir edən amilləri müəyyən etməklə dəlillərə əsaslanan siyasətin əhəmiyyətindən danışılır.

TIMSS təhsil proqramına (kurikulum modeli) üç aspektdən baxır: nəzərdə tutulan kurikulum, tətbiq edilən kurikulum və reallaşan kurikulum.

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin əməkdaşı Aygün Qurbanlının məqaləsi ilə yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz:

https://bit.ly/3HSp0CB

Xəbər lenti