Logo

UFAZ-ın 16 magistr tələbəsi Fransada təcrübə keçəcək

11.01.2022 17:16 405 baxış
IMG

2021-2022-ci tədris ilinin yaz semestrində Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinin 2-ci kursunda təhsil alan 16 tələbəsi istehsalat təcrübəsi keçmək üçün və dissertasiyalarını müdafiə etməklə əlaqədar Fransanın Strasburq və Haute-Alsace universitetlərində təhsillərini davam etdirəcək.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib. Bildirilib ki, tələbələr semestr ərzində həmin iki universitetinin müxtəlif laboratoriyalarında fransalı müəllimlərin rəhbərliyi altında çalışacaqlar. Proqramda iştirak edən tələbələrdən 11-i verilənlər bazası və süni İntellekt, 1-i fiziki kimya/kimya mühəndisliyi, 4 nəfər isə yer elmləri ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayından UFAZ-ın 5 tələbəsi magistratura təhsillərinin ikinci ilini Strasburq Universitetində davam etdirir. UFAZ tələbələri təcrübə yerlərini özləri axtarıb tapırlar. İstehsalat təcrübələrinin Fransada təqaüdlə təmin olunması tələbələrin yüksək nəticələri ilə bağlıdır.

Xəbər lenti