Logo

BP şirkəti Məzunların işə qəbulu və təcrübə proqramına qəbula start verir

11.01.2022 17:37 941 baxış
IMG

BP şirkəti 2022-ci il üçün Məzunların işə qəbulu və növbəti təcrübə proqramına başlayır.

Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2023-cü ildə bitirəcək bütün tələbələr aşağıdakı ixtisaslar üzrə 2022-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər:

· Mexanika mühəndisliyi

· Proseslərin avtomatlaşdırılması mühəndisliyi

· Elektrik mühəndisliyi

· Neft-qaz və rezervuar mühəndisliyi

· Biznesin təşkili və idarə edilməsi

· Kimya mühəndisliyi

· Geologiya

· Mühasibatlıq

· Boru kəməri mühəndisliyi

· Maliyyə

· İnşaat mühəndisliyi

· Geofizika

· Kommersiya

· Mədən/Metallurgiya

· Biostratiqrafiya

· İqtisadiyyat

· Proses mühəndisliyi

· Yer elmləri

· Verilənlər haqqında elm (Data Science)

2020, 2021, 2022-ci illərin bakalavr və magistr məzunları isə 2022-ci il məzunların işə qəbul proqramı üçün aşağıdakı ixtisaslar üzrə ərizələrini təqdim etmək imkanına malikdirlər:

· Biostratiqrafiya

· Kommersiya

· Neft-qaz və rezervuar mühəndisliyi

· Yer elmləri

· İqtisadiyyat

· Geologiya

· Verilənlər haqqında elm (Data Science)

· Boru kəməri mühəndisliyi

· Biznesin təşkili və idarə edilməsi

· Mühasibatlıq

· Geofizika

· Maliyyə

Məzunların işə qəbulu və təcrübə proqramları 

ilə bağlı daha ətraflı məlumatı https://www.bp.com/en/global/corporate/careers/students-and-graduates/locations/azerbaijan.html linkindən əldə etmək mümkündür.

Müraciət üçün son tarix 31 yanvar 2022-ci ildir.

Xəbər lenti