Xəbər verdiyimiz kimi, ötən gün 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Həsənov sinif yoldaşı 18 yaşlı Fərhadov tərəfindən bıçaqlanıb. Hadisənin məktəbdən kənar ərazidə baş verdiyi və yeniyetmənin yeddi bıçaq zərbəsi aldığı bildirilir.
Baku TV-nin məlumatına görə, Həsənov Fərhadovun valideynini təhqir edib. Nəticədə onlar arasında mübahisə yaranıb.
Hazırda 17 yaşlı yeniyetmə Mərkəzi Klinikadadır. Onun vəziyyətinin ağır-sabit olduğu bildirilir.
Son məlumata əsasən, yeniyetmə bu gün növbəti dəfə əməliyyat keçirib. Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, kəskin qanitirmədən vəziyyəti ağırlaşan yeniyetməyə polis əməkdaşları tərəfindən də qan verilib.
Ətraflı süjeti təqdim edirik: