Logo

Anar Nağıyevə "İlin ən fəal rektoru" mükafatı təqdim edilib

11.01.2022 18:37 805 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Editor.az İnformasiya Portalı tərəfindən " İlin ən fəal rektoru" mükafatı ilə təltif edilib. 

Tehsil.biz xəbər verir ki, yanvarın 11-də mükafatı təqdim edən Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı bildirib ki, portal 2021-ci ilin yekunları ilə bağlı universitet rektorlarının fəaliyyəti haqqında ictimai rəyi öyrənmək məqsədilə virtual sorğu keçirib. Ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsi meyarları əsasında keçirilən sorğuda iştirak edən respondentlər 3 universitetin rektorunu "İlin ən fəal rektoru" seçiblər. 

Anar Nağıyev fəaliyyətinə verilən layiqli qiymətə və mükafata görə təşəkkür edərək zəngin elm, təhsil ənənələrinə malik, çoxprofilli  unikal ali təhsil müəssisəsi olan BSU-da son vaxtlar həyata keçirilən idarəetmə islahatları, elmin və akademik mühitin inkişafı, professor-müəllim heyətinin, eləcə də gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi məqsədilə gerçəkləşdirilən stimullaşdırıcı mexanizmlər və digər yeniliklər, layihələr barədə geniş məlumat verib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti