Logo

Cəlilabadda məktəbin qəzalı olması şagirdlər üçün təhlükə yaradır

11.01.2022 19:17 906 baxış
IMG

Cəlilabad rayonunun Moranlı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.

Bu barədə kənd sakinləri "Report"un Muğan bürosuna məlumat veriblər. Onların bildirdiyinə görə, məktəbdə 100-ə yaxın şagird təhsil alır: "Məktəbin belə qəzalı vəziyyətdə olması isə burada təhsil alan şagirdlərin həyatı üçün təhlükə yaradır. Həmçinin 50-ə yaxın şagird qonşu kəndlərdə təhsil almağa gedir".

Kənd sakinlərinin sözlərinə görə, qışın şaxtalı günlərində vəziyyət daha da çətinləşir: "Təhsil ocağı kəndə qazın verilməsinə baxmayaraq, odun sobası ilə qızdırılır. Bu da taxtadan tikilmiş məktəb üçün yanğın təhlükəsi yaradır".

Problemlə bağlı rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin tikintisi ilə bağlı yuxarı orqanlara təhsil şöbəsi tərəfindən aidiyyəti üzrə məlumat verilib: "Qərarı gözləyirik".

Qeyd edək ki, Moranlı kənd orta məktəbi 1988-ci ildə taxta konstruksiyalardan tikilib. İndiyə qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

Xəbər lenti