Logo

YÖS və MYÖS imtahanların fərqləri

11.01.2022 22:47 836 baxış
IMG

Türkiyədə təhsil ilə maraqlanan tələbə və valideynlərin adını tez-tez eşitdiyi YÖS və MYÖS imtahanları və onların fərqləri haqda ətraflı məlumat almaq istəyənlərin bu blogu oxuduqdan sonra sualları qalmayacağını düşünürük.

2010-ci ilə kimi Türkiyədə təhsil almaq istəyən xarici tələbələr Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən təşkil olunan “Yabancı Uyruklu Öğrenci Sınavın”da (YÖS) iştirak edərək nəticələri il uyğun universitetlərə müraciət etməli idilər. Lakin 2010-cu ildə YÖK artıq YÖS imtahanlarını keçirməyəcəyini elan etdi. Bu xəbərdən sonra universitetlərin qarşısında 3 yol var idi:

  • SAT ilə tələbə seçmək
  • Daxili imtahanlar ilə tələbə seçmək
  • Birbaşa attestat ilə qəbul etmək

Ümumi məlumat

Beləliklə, 2010-cu ildən əksəriyyəti reytinqli universitetlər olmaqla bir sıra təhsil müəssisələri (ODTÜ, İTÜ, Yıldız Teknik, Ankara, Gazi, Hacettepe və s.) SAT ilə tələbə qəbul etməyə başladılar. Bəzi üniversitetlər isə (Akdeniz, Ege, İstanbul) tələbə qəbulunu öz daxili imtahanları ilə bir vəya bir neçə fənn üzrə etməyə başladılar. Sözügedən universitetlərin imtahanları YÖS imtahanlarına bənzədiyi üçün uzun illər bu imtahanlar insanlar arasında YÖS olaraq adlandırılmağa davam etdi.

Lakin, 2021-ci ilin noyabr ayında yayılan xəbərlərə görə YÖK artıq universitetlərin pərakəndə şəkildə daxili imtahanla vəya attestatla tələbə qəbul etməsi zamanı yaranan mənfi halları, eyni zamanda SAT imtahanları zamanı köçürmə və haqsız rəqabət məsələlərini nəzərə alaraq bütün bu imtahanlarla qəbulu ləğv edir və yeni mərkəzləşmiş bir imtahan sistemi yaratmağı planlayır. Bu imtahanların adının Mərkəzləşmiş Yabancı Öğrenci Seçme Sınavları yəni MYÖS adlandırılması bir çox tələbə və valideynlərin yeni sistemi YÖS ilə qarışdırmasına səbəb oldu. Əslində isə YÖS imtahanı artıq 2010-cu ildən etibarən keçirilmir və yeni sistem universitetlərin daxili imtahanlarına və SAT imtahanına alternativ olaraq yaradılıb. Yəni bu illər ərzində universitetlərin keçirdiyi imtahanlar rəsmi YÖS olmadığı kimi MYÖS ilə də əlaqəli deyil.

Bugünə kimi MYÖS üzrə riyaziyyatdan imtahan veriləcəyi və bu imtahanın müxtəlif dillərdə təklif olunacağı bilinsə də, təəssüfki imtahan tarixləri və digər detallar haqqında rəsmi açıqlama edilməyib. 

Xəbər lenti