Logo

Uşaqlar arasında yayılan xəstəliklə bağlı açıqlama - VİDEO

12.01.2022 09:11 705 baxış
IMG

Hazırda uşaqlar arasında COVID-19-dan daha çox "influenza" virusu yayılıb.

"Tehsil.biz"in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, "influenza" virusu dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlayıb və hazırda artmağa davam edir.

Həkim-pediatr bildirib ki, son həftələr ərzində bu virusa yoluxan uşaqlar kifayət qədərdir. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməli və müalicə yalnız mütəxəssis tövsiyəsi əsasında aparılmalıdır.

Həkim-pediatr onu da qeyd edib ki, virus 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir.

Xəbər lenti