Logo

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

12.01.2022 09:56 522 baxış
IMG

12 yanvar saat 18:00 tarixindən etibarən  şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. 

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək. 

Xəbər lenti