Logo

Məktəbdə ölən şəxs “Azərişığ”ın əməkdaşı olub

12.01.2022 10:44 895 baxış
IMG

24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

Tehsil.biz xəbər verir ki, hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.

Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub. 

Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Ağsu rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Ağsu rayon sakini, “Azərişıq” ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

Xəbər lenti