Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev Xırdalan Tədris Mərkəzinin şagirdlərinə “Hər şey beyində başlar” mövzusunda seminar keçirib.
Tehsil.biz xəbər verir ki, seminarda şagirdlərə öyrənmənin bioloji və psixoloji məsələlərindən, bu prosesdə beynin funksional imkanları, hafizəni səmərəli təşkil etməyin və aktivləşdirmənin psixoloji yollarından, beyin fəaliyyəti üçün faydalı və zərərli olan təsirlər barədə ətraflı məlumat verilib.
Daha sonra mövzu ilə bağlı suallar cavablandırılıb və seminar iştirakçıları Azərbaycan Dillər Universitetində öyrədilən dillər və mütəxəssis hazırlığının istiqamətləri ilə tanış edilib.