Logo

Şagirdi döydüyü deyilən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub

12.01.2022 14:43 1191 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 117 nömrəli məktəbdə şagirdin idman müəllimi tərəfindən döyülməsi xəbərinə aydınlıq gətirib.

İdarədən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılıb: "Paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub".

Xatırladaq ki, paytaxtın Xəzər rayonunda yerləşən 117 nömrəli tam orta məktəbdə bir neçə şagirdin idman müəllimi tərəfindən döyülməsi xəbəri yayılmışdı.

Fəqan Əzimli

Xəbər lenti