Bakı Ali Neft Məktəbində (BANM) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, yanvarın 12-də bu ali təhsil müəssisəsində 105 tələbə imtahan verib. İmtahanlar informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə aparılıb.
Qeyd edək ki, ali məktəbdə imtahan sessiyasının müvafiq qaydalara uyğun təşkili istiqamətində bütün tədbirlər görülüb.