Azərbaycan Texnologiya Universitetində tədrisin vəziyyəti və qarşıda duran məsələlərlə bağlı iclas keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, rektor, professor Akif Süleymanov əvvəlcə tədrisin yenilənən heyətinə uğurlar arzulayıb. Daha sonra rektor universitetdə tədrisin mövcud vəziyyətinə dair iradlarını diqqətə çatdırıb.
Müzakirələr zamanı rektor həm də tyutor və tələbə əlaqələrinin daha mütəşəkkil təşkili, şəffaflıq mühitinin davamlı olması, maddi texniki bazanın zənginləşdirilməsi, universitet-sənaye əlaqələrinin genişləndirilməsinə dair tapşırıqlar verib.
Tədris işləri üzrə prorektor vəzifəsini icra edən dosent Yaşar Ömərov tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən, həyata keçiriləcək bir sıra yeniliklərən danışıb. Bildirib ki, tədris planlarına yenidən baxılması zərurəti var və bu proqram növbəti tədris ilinədək kredit sistemi ilə tədrisin təşkili qaydalarına uyğun yenilənəcək.
Sonda iclasda iştirak edən dekanların təklifləri dinlənilib.