Logo

Şagird yerdəyişməsi dayandırılıb

12.01.2022 19:06 696 baxış
IMG

Bu gün saat 18.00-dan şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir. Portal fevral ayının ikinci yarısında yenidən aktivləşdiriləcək.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Xəbər lenti