Bakı şəhər 5 nömrəli tam orta məktəbdə həyata keçirilən yarış Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunub.
Tehsil.biz xəbər verir ki, “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda Bakı şəhər 5, 9, 14, 19 və 211 nömrəli tam orta məktəblərdən 20 nəfərədək şahmat həvəskarı mübarizə aparıb.
Yarışda Vüqar Həşimovun adını daşıyan akademiyanın nümayəndələri, görkəmli şahmatçının ailə üzvləri, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimləri iştirak edib.
I, II, III yerin qaliblərinə medal və müxtəlif hədiyyələr təqdim olunub. İştirakçı olan digər şagirdlər isə sertifikat ilə təltif olunublar.