ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.
“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənni tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir:
Datalogiyaya giriş (Introduction to Data Science)- məlumatlarla işləməyin müxtəlif yolları, məlumat toplusunun təhlilinin nəticələrinin vizuallaşdırılma üsulları, statistik, klaster və reqressiya təhlili metodlarından istifadə edərək proqram yazma və s.;
Namizədlərə qarşı tələblər:
Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
İKT resurslarından sərbəst istifadə bacarıqları;
İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqdır.
Müraciət üçün son tarix: 19 yanvar 2022-ci il, saat 23:59