Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi 2022-ci ildə ölkənin dini icmaları üçün 4,5 milyon lari məbləğində maliyyə vəsaiti ayırıb.
Tehsil.biz Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, vəsaitin ən böyük hissəsi – 2,2 milyon larisi (təqribən 714 min dollar) hissəsi ölkənin müsəlman icması üçün nəzərdə tutulub.
Qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin 3,5 milyonu artıq bölüşdürülüb. Bu vəsaitin 600 min larisi erməni xristian icması, 400 min larisi Roma katolik icması, 300 min larisi isə yəhudi icması üçün ayrılıb.
Qalan 1 milyon larinin bölgüsü cari ilin sonuna qədər aparılacaq.
Qeyd edək ki, Gürcüstan əhalisinin 11 faizini müsəlmanlar təşkil edir.