Logo

"Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar" - Ekspert

13.01.2022 10:56 304 baxış
IMG

"Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Ancaq unutmamalıyıq ki, nə qədər gənclərimiz təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli olar".

Tehsil.biz xəbər verir ki, bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

O bildirib ki, biz gənclərin təhsil alması üçün şərait yaratmalıyıq: "Talantlı və riyazi təfəkkürlü gənclərimizin heç biri müxtəlif səbəblərdən ali məktəbdən kənarda qalmamalıdır. Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, şərait yaratmalıyıq. Onları universitetlərdən kənarda saxlamağa çalışmamalıyıq. Gənclərin ali təhsillə əhatə əmsalını 60 faiz qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən testi sadələşdirmək lazımdır”.

Professor bildirib ki, indiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur: ​"İndi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur. Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. Test balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. "Açıq test", "qapalı test", "bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara​ ehtiyac yoxdur”.

Xəbər lenti