Logo

Yasamal kitabxanasında “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilib

13.01.2022 11:33 569 baxış
IMG

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova və Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Elnarə Qarayeva Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdləri ilə “Əziz Şuşa, sən azadsan” adlı tədbir təşkil ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın əməkdaşı İradə Hüseynova Qarabağın döyünən ürəyi, Azərbaycan musiqisinin beşiyi Şuşanın azad olması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında məlumat verib.

Sonra şagirdlər kitabxanada hazırlanmış “Şuşa İli” stendi ilə tanış olublar.

158 nömrəli məktəbin kitabxana müdiri Şayəstə Məşədiyeva və dərnək rəhbəri Pərzad Vahabova tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini və həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini vurğulayıblar.

Tədbirdə şagirdlər vətənimizə, şəhidlərə və Şuşaya həsr edilmiş seirlər səsləndiriblər.

Xəbər lenti