Logo

"Heç bir halda müəllim şagirdi vurmamalıdır, vura bilməz"

13.01.2022 11:45 1555 baxış
IMG

"Heç bir halda müəllim şagirdi vurmamalıdır, vura bilməz. O ki qaldı yeniyetmə kişiyə!"

Tehsil.biz xəbər verir ki, bu sözləri Filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq son zamanlar müəllim-şagird münasibətlərində yaranan problemlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, şagirdə əl qaldıran müəllim ən azından üzrxahlıq etməlidir: "Olmadı elə, oldu belə, əsəblərini idarə edə bilmədi, vurdu, bir valideyn kimi, öyüdçü kimi. O da düşdü dillərə, zəhmət çəkib video açıqlama verməli idi ən azından, əgər bu şillə sevgi ilə vurulmuşdusa, bunu elə bir formada ifadə edə bilərdi ki, kompanya xarakterli çıxışlar alt-üst olardı. Ya da üzrxahlıq edərdi müdrikcəsinə. Amma heç bir açıqlama gəlmədi və onun əvəzindən haqsız da olsa, biz müəllimlər, valideynlər müəyyən mənada haqq qazandırmağa çalışırıq ki, bu da əks təsir effekti verir".

Şəmil Sadiq bildirib ki, nazirliyi töhmətə görə qınayanlar da yanlış edir: "Nazirlik ən azından rəsmi prosedura görə tam haqlıdır. Müəllimi şagirdi sevirsə, hörmət edirsə, şagird onun bütün yanlışlarını yerindəcə qəbul edir, bağışlayır. Bu, şagird-müəllim dostluğunun, sevgisinin qarşılıqlı olmasının nəticəsidir. Məktəb intim sahədir, orada baş verən hər şeyin ictimailəşdirilməsinin əyehinəyəm. Olmaz, qətiyyən olmaz. Pərdələri götürüb eybəcər çılpaqlığı göstərməklə cəmiyyəti iyrəndirməməliyik". 

O, həmçinin qeyd edib ki, məktəb, şagird, valideyn münasibətlərinə üçbucaq kimi baxdıqca, bu toqquşmalar olacaq: "Bu proses dairəni birləşdirən nöqtələr olmalıdır ki, birləşdirici olsun, kəsişmə yox. Bir-birinizi sevin, pozitiv tənqidlərlə məsələləri həll edin, əks təqdirdə hər dəfə belə əks hücumlar olacaq. Çoxlu şagirdlərim var. Yeri gəlib, ata şilləsi də vurmuşam, yeri gəlib sığalını da etmişəm. Birincidə əməlimi yanlış hesab edirəm, niyyətimi yox. Niyyətimin xoş olduğunu bilən, hiss edən məni bağışlayıb da".

Fəqan Əzimli

Xəbər lenti