Logo

UNEC müəllimlərinin məqaləsi: Türkiyə Azərbaycanın sadiq tərəfdaşı

02.10.2020 14:12 532 baxış

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimlərinin analitik məqaləsi Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatlar Proqramının birgə nəşri olan “The Turkey Analyst”də dərc edilib.

UNEC-dən bildirilib ki, Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov və İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının müəllimi Bəhruz Babayevin həmmüəllifi olduqları “Türkiyə Azərbaycanın sadiq tərəfdaşı” adlı məqalədə iki ölkə arasında iqtisadi və geosiyasi əlaqələr təhlil edilərək, strateji-iqtisadi əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Məqalədə iki dövlətin regionda həyata keçirdiyi meqalayihələr və bu layihələrin həmin ölkələrin iqtisadiyyatındakı rolundan bəhs olunub. Müəlliflər ölkələr arasında strateji və iqtisadi münasibətlərin regionda sülhün qarantı kimi çıxış etdiyini diqqətə çatdırıblar. Bundan başqa, Türkiyənin Mərkəzi Asiya ölkələri ilə gələcəkdəki iqtisadi əməkdaşlığı və Türkiyənin İpək Yolunun “Orta koridor” layihəsində Azərbaycanın oynadığı xüsusi rolunun önəmi qeyd edilir.

“The Turkey Analyst” Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının birgə tədqiqat mərkəzinin nəşridir. Mərkəz Amerika Xarici Siyasət Şurası və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutu ilə əlaqəlidir.

Xəbər lenti