Logo

Kamal Abdulla Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüşüb

13.01.2022 16:40 64 baxış
IMG

Yanvarın 13-də Azərbaycan Dillər Universitetində Xorvatiya Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə görüş keçirilib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib. Diplomata Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib. Qeyd olunub ki, ölklər arasında sıx iqtisadi və siyasi əlaqələr mövcuddur. Rektor əlaqələrin bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. “Səfir saatı” layihəsi haqqında danışan akademik Kamal Abdulla qonağı bu layihədə iştirak etməyə dəvət edib. Qeyd olunub ki, layihədə səfirlər həm öz ölkələri, həm də Azərbaycan haqqında müəllim və tələbələrə mühazirələr oxuyurlar, fikir mübadiləsi aparırlar.

Tehsil.biz bildirir ki, görüş zamanı ADU-da 20-ə yaxın xarici dilin öyrənildiyi diqqətə çatdırılıb. Rektor xorvat dilinin də tədris olunacağına ümidvar olduğunu söyləyib. ADU-da Xorvat dili mərkəzinin yaradılması, həmçinin Xorvatiyada da Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub. 

Səfir Branko Zebiç göstərilən qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd olunub ki, Xorvatiya ilə Azərbaycan tarix baxımından bir-birilərinə yaxın ölkələrdir. Hər iki ölkənin həssas bir coğrafiyada yerləşməsi diqqətə çatdırılıb. Həmçinin ölkələr arasında təhsil, turizm, idman sahələrində əlaqələrin qurulmasının vacibliyi önə çəkilib. “Səfir saatı” layihəsində böyük məmnuniyyətlə iştirak etmək niyyətində olduğunu bildirən səfir dəvətə görə xüsusi təşəkkür edib.

Səfir qarşıda geniş imkanların olduğunu bildirib. Xorvat dilinin tədris olunmasına olan maraqdan danışılıb. Qeyd olunub ki, hər iki ölkə arasında müəllim və tələbə mübadiləsi mümkün imkanlardan biridir. 

Daha sonra Xorvatiya Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub. 

Xəbər lenti