Logo

Hindistan səhrasında qızlar üçün məktəb

13.01.2022 18:29 850 baxış
IMG

ABŞ-dan olan memar Diana Kellogg tərəfindən layihələndirilən unikal Rajkumari Ratnavati Qızlar Məktəbi 2021-ci ildə Hindistanın Racastan ştatında Tar səhrasında tikilib.

Tehsil.biz xarici saytlara istinadla xəbər verir ki, layihənin təşəbbüskarı dünya üzrə iqtisadi cəhətdən ən çətin, coğrafi cəhətdən uzaq və ya təcrid olunmuş icmalara dəstək verən CITTA Fondudur. Yeni məktəbdə yoxsul ailələrdən olan 400-dən çox qız uşağının 10-cu sinfə qədər təhsil alması nəzərdə tutulub.

Kompleks oval şəklindədir. Məktəbdən əlavə, burada kitabxanası və muzeyi olan sərgi sahəsi və yerli sənətkarların qadınlara texnologiya və ənənəvi əl əməyi üsulları öyrədəcək qadın kooperativi yerləşir.

Məktəbin avtonom enerji təchizatı üçün damda günəş panelləri quraşdırılıb ki, bu da binanın sərt səhra iqlimində çox vacib olan soyutma sisteminin, eləcə də yağış sularının yığılması sisteminin fəaliyyətini təmin edir. ( Azərtac) 

Xəbər lenti