Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib

13.01.2022 18:37 475 baxış
IMG

13 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Hər iki fənn üzrə işçi qrupunun iclasında gündəlik məsələ sınaq imtahanında istifadə edilmiş tapşırıqların təhlili olub. Aparılmış elmi-statistik təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu təsdiq edib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib. Qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

İşçi qruplarının növbəti iclası 27 yanvar 2022-ci il tarixində olacaq.

Xəbər lenti